“Ukraynanın Rusiya qoşunlarına qarşı əks-hücumu nəticə verməkdədir”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Əhəd Məmmədli FB hesabında bildirib:
“Kreml Kiyevlə danışıqlar aparmaq üçün növbəti dəfə mesajlar verib. Artıq Ukrayna prezidenti V. Zelenski Rusiya ilə danışıqlar aparmaycağını elan etdi. V. Zelenski haqlıdır və Ukrayna silahlı qüvvələrinin təşəbbüsü ələ alması və işğalçı qüvvələr üzərində üstünlüyü fonunda danışıqlara getmək Kiyevin mövqeyini zəiflədə bilər.
Ukrayna siyasi-psixoloji üstünlüyü ələ alıb. Demək olar ki, cəbhədə hərbi üstünlükdə Kiyevin əlindədir. Bundan sonra, Moskva üçün çıxış yolu yalnız Ukrayna ərazilərindən çıxmaqdır. Ukraynanın hücumu təkcə 24 fevral sərhədlərinə çıxmaq deyil, Krım və Donbası işğaldan azad etməkdir.
Xerson azad edilərsə, Moskva Krım və Donbası itirməmək, əvvəlki status -kvonu saxlamaq üçün danışıqlara getməyə çalışacaq. Amma, Z.Zelenskinin bu təklifə razılıq verməsi müharibənin gedişindən asılı olacaq”.
Şayəstə