Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın müttəfiqlərini Ukrayna münaqişəsinə cəlb etmək planları ilə bağlı açıqlamalarından sonra onun kəşfiyyatını yüksək qiymətləndirib.
Elchi.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.
“O, iddia etməyə başladı ki, Rusiya bütün qonşularına nəzarət etmək niyyətindədir və Avropada təhlükəsizliyin necə olması lazım olduğuna qərar verir. Hər kəs onun məlumatsız olduğunu başa düşür, amma bu kimə qarşı yönəlib?”,-deyə Zaxarova bildirib.
Yeganə





















