“Ukrayna prezidenti Volodimir Zelenski səfərbərliyin gücləndirilməsi haqqında qanunu imzaladıqdan sonra müxtəlif ölkələrdəki ukraynalılar pasportlarını dəyişmək və vətənlərinə qayıtmamaq üçün xaricdəki səfirliklərə basqın edirlər”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Xaricdə çaxnaşma var. Qorxmuş Ukrayna vətəndaşlarının artıq kilometrlərlə uzun növbələri yaranıb”.
Zaxarovanın sözlərinə görə, ukraynalılar səfirliklərə “hücum” edirlər: “Onlar bunu qanun mayın 16-da qüvvəyə minənədək pasportlarını yeniləmək üçün edirlər, bundan sonra qanuni olaraq vətənlərinə qayıda bilməzlər”.
Xatırladaq ki, aprelin 16-da Zelenski hərbi xidmət, səfərbərlik və hərbi qeydiyyatın bəzi məsələləri ilə bağlı qanunvericilik aktlarına dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Yeganə