“Rusiya Ukrayna Silahlı Qüvvələrini silahlarını Kiyev rejiminə qarşı yönəltməyə və ya Rusiya qoşunlarına təslim olmağa çağırır”.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna böhranı ilə bağlı şərhində deyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Zaxarova qeyd edib ki, Ukrayna hərbçiləri bu tələbi yerinə yetirsələr, o zaman hər kəs üçün humanist rəftarı təmin etmiş olacaqlar.
Zaxarova Kiyevin Moskvada PUA-lara hücum cəhdlərini də şərh edib. O, vurğulayıb ki, bu cür hərəkətlər Volodimir Zelenski rejiminin cinayətkar mahiyyətinin daha bir təsdiqidir.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi kanonik kilsə ətrafında yaranmış vəziyyətdən də danışıb. Onun sözlərinə görə, Ukrayna anqlosaksların pravoslav mədəniyyətini məhv etmək əmrini yerinə yetirir. Dövlət xadimi beynəlxalq ictimaiyyətin və aidiyyəti qurumların biabırçı şəkildə susduğuna da diqqət çəkib.
Yeganə