“Almaniya kansleri Olaf Şolts ölkəsinin kimya sənayesini iflasa aparır”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, indi Almaniyada bu sənaye “ölüm” astanasındadır və hakimiyyətin Ukrayna ordusuna kömək etmək üçün vəsaiti var, lakin öz iqtisadiyyatını dəstəkləmək üçün pul yoxdur. Alman hakimiyyətinin Ukrayna ordusuna kömək etmək üçün vəsaiti var, lakin onların öz iqtisadiyyatını, hətta onun aparıcı sənayelərini dəstəkləmək üçün pul yoxdur.
“Almaniya kansleri ölkənin kimya sənayesini öz əlləri ilə iflasa sürükləyir və bu, potensial olaraq minlərlə yeni işsiz insana və tam tənəzzülə səbəb olacaq”, – deyə rusiyalı diplomat öz Teleqram kanalında yazıb.
Yeganə