O, əlavə edib ki, Qərb hər şeydə Rusiyanı günahlandırmaq arzusundadır.
Elchi.az xəbər verir ki, Qərb ölkələrinin Kaxovskaya su elektrik stansiyasının partlamasına reaksiyası tamamilə proqnozlaşdırıla bilən idi, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.
– Bütün belə situasiyalarda Qərbin reaksiyasını 100% proqnozlaşdırmaq olar. Bu, həqiqətən baş verib-verməməsindən və ya təxəyyülün məhsulu olmasından asılı olmayaraq, baş verən hər şeyə görə Rusiyanı günahlandırmaq istəyi”, – Zaxarova bildirib.
O, həmçinin əlavə edib ki, Moskvanın Kaxovskaya su elektrik stansiyasında terror aktı ilə bağlı bütün ittihamları Rusiyaya qarşı informasiya müharibəsinin tərkib hissəsidir və bu, Ukraynaya maliyyənin artırılması üçün lazımdır. Mariya Zaxarovanın fikrincə, bu yolla Qərb ölkələri Kiyevə külli miqdarda vəsait ayırdıqlarına görə öz xalqı qarşısında özlərinə haqq qazandırmağa çalışırlar.
Şayəstə Hüseynova