Diplomat bu təlimlərin hərbi insident riskini artırdığını vurğulayıb.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, NATO-nun Soyuq Müharibədən bəri Rusiya sərhədləri yaxınlığında keçirilən ən böyük təlimləri hərbi insident riskini artırır və açıq şəkildə təxribat xarakteri daşıyır.
Yanvarın 22-də Avropada Şimali Atlantika Alyansının 80-ci illərdən bəri ən böyük hərbi manevrlərinə çevriləcək “Sabit Müdafiəçi 2024” təliminin hazırlıq mərhələsi başlayıb.
Təlimlərdə bütün NATO ölkələrindən 90 minə yaxın hərbçi, əlli döyüş gəmisi və mindən çox hərbi texnika iştirak edəcək. Alyansın qoşunları “qüdrətli şərq ölkəsinin təcavüzünə qarşı” məşq edəcək.
Şayəstə Hüseynova