Zaxarova: “Kiyev neonasist rejimi sona çatacaq!”

102

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, neonasist Kiyev rejimi sona çatacaq.

Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.

Zaxarova brifinqdə qeyd edib:

“Əminəm ki, Kiyev rejiminin rəhbərliyi altında neonasist çılğınlığına son qoyulacaq. Ukrayna xalqını girov götürən və süni şəkildə, Göbbelsin təbliğat metodlarından istifadə edərək, öz milli kimliyini dəyişməyə, onları ortaq tarixi keçmişi və bu günü olanlardan qoparmağa çalışanların planları baş tutmayacaq!”.

Diplomat Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevin dünyada ərzaq təhlükəsizliyinin qarantı olması ilə bağlı sözlərinə də diqqət çəkib:

“Zelenskinin dövründə Ukrayna vətəndaşları getdikcə daha azdır, Ukraynadan torpaq və taxıl getdikcə daha aktiv şəkildə ixrac olunur. Ukrayna məhsullarının ukraynalı istehlakçılarının sayı eksponent olaraq azalır. Bu, o deməkdir ki, Zelenskinin Qərb kuratorları daha çox yemək alacaqlar”.

Yeganə