Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında bu gün Aİ diplomatı Cozef Borrelin Rusiya mediası ilə bağlı səsləndirdiyi bəyanatlara münasibət bildirib.
Elchi.az Rusiya mediasına istinadən bildirir ki, Zaxarova aşağıdakı ifadələri qeyd edib:
“Əvvəllər biz bu cür hərəkətləri liberal diktaturanın təzahürü kimi qiymətləndirirdik. Lakin Borrelin ifadələrində qeyri-adekvatlıq çalarları yeni rənglərlə parıldadılar”.
Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, Aİ Avropada bəzi rus mediasının işini qadağan etməklə söz azadlığına hücum etmir, əksinə onu qoruyur.
Yeganə
Həəmçinin oxuyun:
Borrel Rusiya mediasının Avropada qadağan edilməsini BUNUNLA əlaqələndirdi