Almaniya Daxili İşlər Nazirliyi Rusiyanı Almaniya hökumətinin resurslarına kiberhücumda ittiham edib.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Xüsusilə, “Rusiyaya qarşı müharibənin pərəstişkarı olan Almaniyanın xarici işlər naziri Annalena Berbokun saytının kiberhücuma məruz qaldığı söylənir. Bununla bağlı Zaxarova Almaniya kansleri Olaf Şolzun Almaniya rəsmilərinə Almaniyanın hüquqi dövlət olduğunu xatırladan sözlərini misal çəkib.
Zaxarova qeyd edib:
“İndi Almaniya hökuməti kiberhücumların arxasında Rusiyanın dayandığına dair sübut təqdim etməlidir. Əks halda, Şolz düşünmədən açıqlama verib və belə çıxır ki, Almaniya hüquqi dövlət deyil”.
Yeganə