Ukraynanın Zaporojye vilayətinin Vasilevsk rayonunun Novobeloserka kəndi yaxınlığındakı döyüşdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı məhv edilib.
Elchi.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna müdafiəçiləri dekabrın 25-də kəndə daxil olub. Nəticədə yüzə yaxın Rusiya hərbçisi öldürülüb və yaralanıb, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı zərərsizləşdirilib.
Qeyd edək ki, dekabrın 23-də Zaporojye vilayətinin Melitopol şəhərində avtomobildə partlayış baş vermişdi. Ehtimal olunur ki, avtomobildə Rusiya xüsusi xidmət orqanın əməkdaşları olub. Onların ikisi yaralanıb.
Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib
İran hökuməti ABŞ-nin Yaxın Şərqdə apardığı siyasətin İslam ölkələrini yaxınlaşdırdığına inanır. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...





















Son şərhlər