Ukraynanın Zaporojye vilayətinin Vasilevsk rayonunun Novobeloserka kəndi yaxınlığındakı döyüşdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı məhv edilib.
Elchi.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna müdafiəçiləri dekabrın 25-də kəndə daxil olub. Nəticədə yüzə yaxın Rusiya hərbçisi öldürülüb və yaralanıb, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı zərərsizləşdirilib.
Qeyd edək ki, dekabrın 23-də Zaporojye vilayətinin Melitopol şəhərində avtomobildə partlayış baş vermişdi. Ehtimal olunur ki, avtomobildə Rusiya xüsusi xidmət orqanın əməkdaşları olub. Onların ikisi yaralanıb.
Almaniyadan ABŞ-yə təklif: “Patriot” raketləri Avropada istehsal olunsun
Almaniya Birləşmiş Ştatlara Avropa ərazisində "Patriot" ailəsinə məxsus zenit idarəolunan raketlərin, o cümlədən ən son PAC-3 MSE modifikasiyalarının buraxılışı üçün...





















Son şərhlər