"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Zamirə Hacıyeva üçün gerisayım başlayır -Son 1 ay

21 May 2019 - 16:27
in CƏMİYYƏT
FacebookVatsap

İyunun 24-də Londonun “Westminster Magistrates” məhkəməsində Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə proses keçiriləcək. Bu haqda məhkəmə müvafiq qərarı ötən ilin noyabrında verib. Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində bu ölkə ərazisindəki sərvətini hansı gəlirlər hesabına alındığını açıqlamalıdır.
Məhkəmənin qərarına görə, bunun üçün Zamirə Hacıyevanın 2019-cu il iyunun 24-dən 28-nə qədər vaxtı var. Sabiq bankirin həyat yoldaşı ayrılan 4 gün ərzində məhkəməyə gəlməli, Britaniya ərazisindəki əmlakların alınmasına sərf olunan vəsaitlərin hansı mənbədən əldə edilməsi haqda əsaslı izahat verməlidir. Zamirə Hacıyeva və vəkili Hüqo Keyt London məhkəməsinin hakimlərini mal-mülkün leqal biznesdən əldə olunan gəlirlərlə alındığına inandırmalıdırlar. Əks halda, Hacıyevlərin illərlə Londona transfer etdikləri milyonlara alınan mal-mülk Britaniya hökumətinin sərəncamına keçə bilər. 
Hazırda Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Zamirə Hacıyevanın 10 milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Məlum olub ki, 7 il əvvəl Britaniyanın Virgin adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar Hacıyevlərin “Harrods”un bahalı avtomobil parkında 2 xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550″ jet təyyarəsini aldığını da ortaya çıxarıb. Zamirə Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq ”Boucheron” sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.
Hacıyevlərin başı qalda ikən daha bir ciddi problemlə üz-üzədirlər. Zamirə Hacıyeva illərdir Böyük Britaniyada bu ölkənin Daxili İşlər Nazirliyinin varlı sahibkarlar üçün nəzərdə tutulmuş vizası ilə yaşayır. Britaniyada əcnəbi sahibkarlar Tier 1 (Entrepreneur) vizasını almaq üçün ölkəyə 200 min funt sterlinq investisiya qoymalıdırlar. Bundan sonra ilkin olaraq 3 il 4 aylıq viza verilir. Müddət başa çatdıqdan sonra ehtiyac yaranarsa, vizanı daha 2 il müddətinə uzatmaq mümkündür. Bu viza ilə sahibkar 180 gün ərzində ölkənin hüdudlarından kənarda da yaşaya bilər. 3 il sonra isə bu, sahibkara ölkədə daim yaşamaq hüququ da qazandıra bilər. Amma bunun da şərtləri var. Bunun üçün sahibkar 10 yeni daimi iş yeri, 20 isə daimi olmayan iş yeri açmalıdır. 3 il sonra daimi yaşamaq hüququ almaq üçün daha bir variant var. Bu, o halda mümkündür ki, şirkətin 3 illik gəliri 5 milyon funt-sterlinqdən az olmamalıdır. Tier 1  vizası almış sahibkar öz ailəsini də Britaniyaya gətirmək hüququna malikdir. Bunun üçün onların maliyyəşəcəyinə təminat vermək kifayətdir.
Hazırda Zamirə Hacıyevanın vizasının müddəti bitmək üzrədir. Ötən ilin  sonunda dünyanın aparıcı nəşrləri Britaniyada bədxərcliyinə görə böyük qalmaqala səbəb olmuş Zamirə Hacıyevadan yazırdılar. Belə bir səs-küydən sonra vizasının uzadılaraq Londonda qalması mümkünsüz kimi görünür. Bu halda, Z.Hacıyeva Britaniyanı tərk etmək məcburiyyətində qalacaq. Barəsində axtarış qərarı olan Zamirə Hacıyevanın hansı ölkəyə sığına biləcəyi maraq doğurur. Britaniyadan çıxarılacağı təqdirdə Zamirə Hacıyevanın Lüksemburqa sığına biləcəyi ehtimalı var. Belə məlumatlar dolaşır ki, onun Avropa İttifaqının 3 paytaxtından biri olan Lüksemburqa üz tuta bilməsini şərtləndirən əsas amil kürəkəni Anar Mahmudovun orada biznesinin olmasıdır. Zamirə Hacıyeva orada yaxın qohumlarının qonağı kimi uzun müddət yaşaya bilər.
Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi burada yerləşir. Anar Mahmudov Eldar Mahmudovun oğludur. O, Zamirə Hacıyevanın qızı Leyla ilə 2012-ci ildə ailə həyatı qurub. Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri var. Anar Mahmudovun Bakıda təsis edilən “Caspian Crystal Holdinq”ə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Onun bir neçə tikinti şirkəti də var.
Sabiq bankirin həyat yoldaşı Azərbaycana ekstradisiya olunsa, onu uzunmüddətli həbs cəzası gözləyir. 2016-cı ilin iyununda Nərimanov Rayon Məhkəməsi dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilərək həbs edilən Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.
Qərar çıxarılandan sonra Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası üçün Londona istintaq qrupu göndərilmişdi. Lakin həmin vaxt “İzahedilməz Sərvət Sərəncamı” qəbul edilmədiyindən, sabiq bankirin həyat yoldaşının varlı sahibkarlar üçün nəzərdə tutulmuş vizasının qüvvədə olması səbəbi ilə ekstradisiya baş tutmamışdı. Artıq şərtlər dəyişib və Zamirə Hacıyeva gələn ay Azərbaycana gətirilə bilər. Bunun üçün hüquqi cəhətdən hər hansı əngəl qalmayıb.
Z.Hacıyevaya qarşı Azərbaycanda Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb. İttihamlar təsdiqini taparsa, Zamirə Hacıyeva Azərbaycanda əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.(musavat.com)

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür


Previous Post

Zamirə Hacıyeva üçün gerisayım başlayır -Son 1 ay

Next Post

Azərbaycanda əcnəbilərə iş icazəsi verilməsi üçün yeni rüsumlar müəyyənləşir

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post
Azərbaycanda əcnəbilərə iş icazəsi verilməsi üçün yeni rüsumlar müəyyənləşir

Azərbaycanda əcnəbilərə iş icazəsi verilməsi üçün yeni rüsumlar müəyyənləşir

Azərbaycanda əcnəbilərə iş icazəsi verilməsi üçün yeni rüsumlar müəyyənləşir

Azərbaycanda əcnəbilərə iş icazəsi verilməsi üçün yeni rüsumlar müəyyənləşir

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.