“Zalsburq”un futbolçusu: “Qarabağ”dan belə oyun gözləmirdik”

🗓 02.08.2014 12:06 ✍️ "Elçi" qəzeti
“Biz səfərə qələbə üçün yollanmışdıq. Ancaq qapımızdan buraxdığımız erkən qol planlarımı img1611959pozdu”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun futbolçusu Andreas Ulmer Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu (1:2) haqda danışarkən deyib.
Ölkəsinin mətbuatına açıqlama verən  avstriyalı müdafiəçi  “Qarabağ” haqda xoş sözlər deməklə yanaşı mərhələni keçəcəklərinə inandığını bildirib: “Qarabağ”ın oyununu analiz etmişdik. Bilirdik ki, komanda texnikalı və sürətli futbolçulara malikdir. Düzü, “Qarabağ”dan belə oyun gözləmirdik. Onlar fikirləşdiyimizdən də yaxşı çıxış etdilər. Ancaq bizim bir çox epizodlarda bəxtimiz gətirmədi. Əslində hesab oyuna görə olmadı. Qalib gələ bilərdik. Mərhələnin taleyini növbəti oyunda həll etməliyik. Cavab qarşılaşmasında istədiyimiz oyunu nümayiş etdirəcəyik. Mərhələni keçmək şansı bizdə daha çoxdur”.
Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması avqustun 6-da Avstriyada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Bənzər yazılar