İllər sonra gözlənilməz bir sürprizlə qarşılaşan böyük ürəkli adam, Avropada yəhudi soyqırımı zamanı yüzlərlə uşağı xilas edib.
Az sonra izləyəcəyiniz videoda həmin bu böyük qəlbli adamın zalda vaxtilə xilas etdiyi adamların arasında oturduğunun fərqində olmadığını görəcəksiniz. Təbii ki, səbəb ona hazırlanan sürprizdir.
Nikolas Vinton 1939-cu ildə qaçan yəhudiləri xilas etmək üçün Avropaya üz tutmuşdu. Həmin dövrdə Londonda mərkəzi bankda çalışan Nikolas Avropaya gedərək 600-dən çox yəhudi uşağı İngiltərəyə keçirərək onların həyatlarını xilas edib. Nikolas bu qədər çətinliyin arasında uşaqların İngiltərədə qalması üçün sığınacaqlar da yaradırdı.
O, nasistlərin ölüm düşərgəsindən, xəstəlikdən, aclıqdan, bir sözlə ölümün əlindən cəmi 8 vaqon dolusu uşaq qaçırmışdı. Nikolas bunu o qədər gizli şəkildə edirdi ki, onun həyat yoldaşı belə, bütün bu olanları yalnız 50 ildən sonra bilib.
Onun həyat yoldaşı Qreta Vinton, evlərində ərinin tavan arasında gizlətdiyi bir qeyd dəftərini taparaq hər şeyi öyrənə bilmişdi. Şok yaşayan qadın bu məsələni yəhudi soyqırımının araşdırmaçısı olan Elizabet Maxvelliyə danışıb.
Qadının yazdığı məktubda xilas olunan uşaqlar haqqında ətraflı məlumatlar var idi. Nikolasın həyat yoldaşı və soyqırım araşdırmaçısı böyük qəlbli bu adama sürpriz etmək qərarına gəliblər. Beləliklə, məktubda adları yazılan uşaqlara dəvətnamələr göndərilib. 1988-ci ildə 200-dən çox adamdan dəvətnamələrlə bağlı cavab gəlib.
Aşağıdakı videogörüntülər nə qədər duyğulu olsa da, olduqca qürurvericidir. Nikolasın xilas etdiyi körpələrlə 50 il sonra sürpriz bir şəkildə görüşməsi onu göz yaşlarına boğur. 1988-ci ildə çəkilmiş və bu günə kimi saxlanılmış həmin maraqlı videogörüntüləri sizlərlə bölüşürük.
Onu da qeyd edək ki, bu tarixi şəxsiyyət haqqında bir neçə film də çəklib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin vəfatı ilə bağlı başsağlığı verib. Elchi.az...
Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəkləri quraşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb....
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Elchi.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab...
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları Süd Yolunun qonşuluğunda yerləşən Kainatın ən qədim üç ulduzunu aşkar ediblər. Elchi.az xəbər verir ki, bu...