Yunanıstanda meşə yanğınları nəticəsində 826 min hektar ərazi külə dönüb. Maritsa bölgəsindəki Dadia meşə sahəsinin üçdə birindən çoxu da məhv edilib.
Elchi.az xəbər verir ki, Yunanıstanda baş verən meşə yanğınlarını nəzarət altına almaq mümkün olmayıb.
Avqustun 19-da başlayan yanğınlarda indiyədək 826 min hektardan çox ərazi məhv olub.
Ölkə üzrə 81 yanğınla mübarizə aparılır.
Son 24 saat ərzində 47 yeni meşə yanğını baş verib. Bu yanğınların bəziləri yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.
Aleksandrupolidə yanğını nəzarət altına almaq cəhdləri davam edir.
Meriç bölgəsindəki Dadia meşə sahəsinin üçdə birindən çoxunun yoxa çıxdığı açıqlanıb.
Yunanıstanda indiyədək baş verən yanğınlar nəticəsində 21 nəfər həyatını itirib.
Kathimerini qəzeti yanğınlar nəzarət altına alındıqdan sonra daha çox cəsədin tapılacağına dair narahatlıqların olduğunu yazıb.
Meşə yanğınları ilə bağlı 140 şübhəli də saxlanılıb.
Saxlanılanlardan 79-nun yanğın törətməkdə ittiham olunduğu barədə məlumat paylaşılıb.
Şayəstə Hüseynova