Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqda çoxmərtəbəli binada baş verən yanğında ilkin məlumatlara görə 52 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Elchi.az xəbər verir ki, Cənubi Afrika Fövqəladə Halların İdarə Olunması Xidmətindən verilən açıqlamaya görə, səhər saatlarında Yohannesburqda hündürmərtəbəli binada yanğın baş verib.
İlkin məlumata görə, aralarında körpə də daxil olmaqla 52 nəfər ölüb, çoxlu sayda yaralı var.
Ölənlərin sayının artmasından narahat olduqlarını qeyd edən səlahiyyətlilər, yanğının böyük ölçüdə nəzarət altına alındığını, lakin içəridə hələ də güclü tüstünün qaldığını qeyd edib.
Axtarış-xilasetmə işləri davam edir.
Şayəstə Hüseynova