Elchi.az xəbər verir ki, Yunan mətbuatı “dinləmə qalmaqalı” çərçivəsində Yunanıstan Baş Qərargahında və Silahlı Qüvvələrində çalışan bəzi şəxslərin silahlanma proqramları ilə bağlı telefonlarının dinlənildiyini iddia edib.
Yunanıstanda nəşr olunan “Kontra” qəzetinin xəbərində Yunan Baş Qərargahının və Quru Qoşunlarının qabaqcıl şəxslərinin bəzi məsələlərdə Baş nazirliklə üst-üstə düşməyən fikirlərə sahib olduqları səbəbiylə “nəzarət” altına alındığı iddia edilirdi.
Yunanıstan Kəşfiyyat İdarəsinin (EYP) keçirdiyi “dinləmələr” nəticəsində hökumətin əsas seçkilərini qəbul etməyən şəxsin də tutduğu vəzifədən uzaqlaşdırıldığı iddia edilib.
Şayəstə