Yunanıstan Ukraynanın uğurlu əks-hücum üçün şanslarını dəyərləndirib

102

Yunanıstan Hərbi Hava Qüvvələrinin general-mayoru, istefada olan, Yunan-Rusiya İttifaqının baş katibi, Yunanıstandakı Krımın Dostları Cəmiyyətinin prezidenti Pavlos Kristou RİA Novosti-yə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin şanslarını qiymətləndirib. Elchi.az xəbər verir ki, onun sözlərinə görə Ukraynanın əks hücum imkanı yoxdur.

“Cənubda, məhdud sahədə döyüşlər gedir. Ona görə də Ukrayna hələ də dayanır. Sahə əməliyyat teatrlarına qədər genişlənərsə, Ukrayna ordusu cavab verə bilməyəcək”.

Ekspert əlavə edib ki, Rusiyanın yeni cəbhə açması böyük ehtimalla ukraynalı əsgərlərin hətta Qərb dövlətlərinin hərbi yardımı ilə belə sağ qalmaq qabiliyyətini itirməsinə gətirib çıxaracaq. O qeyd edib ki, nə vaxtsa Ukrayna Silahlı Qüvvələri planlaşdırılan əks-hücum əməliyyatına başlamaq imkanı əldə edəcək, lakin onların belə imkanları olmadığı üçün bütün cəbhələrdə bunu həyata keçirə bilməyəcəklər.

Bununla bağlı Kristu Kiyev hakimiyyətinə üz tutub və onları Rusiya ilə danışıqlar masasına oturmağa çağırıb.

Havar Şəfiyeva