Leptospiroz epidemiyası təhlükəsinə qarşı Yunanıstanın Kerkira adasına xüsusi həkim qrupu səfər edib.
Elchi.az xəbər verir ki, Yunanıstan Milli Xalq Sağlamlığı Qurumunun (EODY) verdiyi açıqlamaya görə, keçən həftə Kerkira adasında bir nəfərin leptospiroz səbəbiylə ölməsindən sonra adaya EODY-yə bağlı xüsusi tibb qrupu göndərilib.
Şübhəli halları araşdıracaq komanda epidemiya təhlükəsi barədə yerli idarəçiləri məlumatlandırmaq məqsədi daşıyır.
Komanda yaxın günlərdə bölgədə gəmiricilərin sayını müəyyən etmək və xəstəliyi ötürə bilən elementləri müəyyən etmək kimi xüsusi araşdırmalar aparacaq.
Bundan əlavə, Larisa şəhərinin böhranla mübarizə bölməsinin verdiyi açıqlamaya görə, sentyabrın əvvəlində sel fəlakəti ilə üzləşən Thessaly bölgəsində 5 leptospiroz hadisəsi aşkar edilib.
Digər tərəfdən, 17 şübhəli hadisə ilə bağlı araşdırmalar davam edir.
Şayəstə Hüseynova