Yunanıstan hökuməti bəzi Azərbaycan şirkətlərini qorxuya saldı

181
SHARES
317
VIEWS

Keçən həftənin sonlarında Yunanıstanın Avropa kreditorları ilə anlaşması Bakının bəzi turizm şirkətlərini, xüsusilə də Yunanıstana turist göndərilməsi üzrə ixtisaslaşmış şirkətləri xeyli məyus edib.

ANS PRESS əməkdaşının baş çəkdiyi əksər turizm şirkətlərində bu anlaşmanın Yunanıstana turist axınını azaldacağını bildirirlər. Məsələ bundadır ki, əldə edilən anlaşmaya görə, turistlərin ən çox müraciət etdiyi xidmət sektorlarında – restoranlarda və taksilərdə əlavə dəyər vergisi 13%-dən 23%-ə qədər qalxıb.

Bakıdan Yunanıstana turist axını iki dəfə azalıb

Yunanıstan iqtisadiyyatını böhrandan çıxarmaq üçün 54 milyard avro vəsait ayırmağa qərar vermiş avroqrup ölkələri pensiya və vergi sektorlarında bir sıra islahatlar aparmağı tələb edir. Küçələrdə avroqrupun tələblərinin əleyhinə qızğın etiraz mitinqləri getməsinə baxmayaraq, aparılan tədqiqatlar göstərir ki, yunanların 70%-i bu islahatlarla razılaşmağın tərəfdarıdır.

Afinada etiraz mitinqləri

Hesablardan pul çıxarılmasına tətbiq edilən məhdudiyyətlər də bu ölkəyə turist axınını azaldır. Məsələ bundadır ki, Yunanıstanda bank kartlarından gün ərzində yalnız 60 avro çıxarmaq mümkündür. Bu, iki nəfərin restoranda bir dəfə rahat şam etməsi üçün belə yetərli deyil.

Yunanıstanda həmçinin yeni bank hesabları açılmır və yazılan çeklər üzrə nağd pul götürmək mümkün deyil. Ölkədən xaricə pul çıxarılmasına da qadağan qoyulub. Yəni Yunanıstana gedən turist yalnız orada xərcləcəyi qədər pul götürməlidir.

Turistlər Yunanıstana yalnız xərcləyəcəkləri qədər pul apara bilərlər

Bu səbəbdəndir ki, Bakıdan Yunanıstana gedən turist sayı keçən illə müqayisədə iki dəfədən çox azalıb. Qiymətlər də xeyli aşağı düşüb. Məsələn, keçən il Afinaya səfərin iki nəfər üçün orta qiyməti 2500 manat təşkil edirdi. Bu il isə orta qiymət 2000 manata düşüb. ANS PRESS əməkdaşının müştəri kimi müraciət etdiyi şirkətlərin birində İstanbuldan keçərək birbaşa Ankaraya uçmağı məsləhət gördülər.

“Bakı – İstanul – Afina – İstanbul – Bakı xətti üzrə qiymət adambaşına 686 manat olacaq. 7 gecə 8 gün oteldə qalmaq iki nəfərə 530 manat tutacaq. Afinada hava limanından otelə transfer 150 avrodur. Amma ingiliscə bilən adam şəhər nəqliyyatından istifadə edərək otelə özü gedə bilər. Ona görə də transfer xidmətindən istifadə etmək məsləhət görülmür. Yəni taksi pulu və gündəlik digər xərclər də nəzərə alınarsa, səfəri adambaşına 1000 manata həll etmək mümkündür”,- deyə Nərminə adlı turoperator bildirib.

Yunanıstanda əhali hökumətin mütəmadi olaraq nağd pul çıxarılması limitini qaldıracağına ümid edir. Bu, ölkəyə gələn turist sayını da artıra bilər. Ümumiyyətlə, avroqrup kreditorları islahatlar vasitəsi ilə Yunanıstanı böhrandan çıxarmağa çalışırlar ki, Afina defolta əl atmasın. Yunanıstanın defoltdan xilası dünya iqtisadiyyatının yeni böhran təhlükəsindən qurtulmasıdır.

Bunu da oxuyun

Bənzər yazılar

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Son xəbərlər