Türkiyənin Qəhrəmanmaraş vilayətində yük maşını cənazə namazı qılan izdihama çırpılıb.
Elchi.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
Bildirilib ki, yük maşınının əyləci işləməyib və sürücü idarəetməni itirərək əvvəlcə qarşısındakı avtomobillərə, sonra isə insanlara çırpılıb.