"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yol polisindən Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlərlə bağlı açıqlama

17 Oktyabr 2015 - 10:17
in XƏBƏR LENTİ
FacebookVatsap
«Artıq həmin səlahiyyətlər Daxili İşlər Nazirliyinə aiddir və bunu başqa qurum icra edə bilməz»

DİN Baş Dövlət Yol Polisi İdarəsi Nəqliyyat Nazirliyindən alınaraq DYP-yə verilən səlahiyyətlərlə bağlı açıqlama verib. Avtosfer.az-ın məlumatına görə, idarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, yol polisinə həvalə edilən səlahiyyətlər 3 ay ərzində hüquqi normativ aktlara uyğunlaşdırılacaq: «Artıq həmin səlahiyyətlər Daxili İşlər Nazirliyinə aiddir və bunu başqa qurum icra edə bilməz».

Bunu da oxuyun

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Qeyd edək ki, Prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib. Hüquqşünas Ərşad Hüseynov yenilikləri Avtosfer.az saytı üçün şərh edib. Onun fikirlərini təqdim edirik: “İnzibati Xətalar Məcəlləsinin (İXM) tətbiqinə dair Fərmana edilən dəyişikliyə əsasən, əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların baxdığı bəzi inzibati xətalara dair işlərə bundan sonra Dövlət Yol Polisi baxacaq. Baxılması səlahiyyəti Nəqliyyat Nazirliyindən alınaraq Dövlət Yol Polisinə verilən inzibati xətalar əsasən aşağıdakılardır:

– “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi (İXM-in 150-2.1.2-ci maddəsi);

– sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi (İXM-in 150-2.1.7-ci maddəsi);

– avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması (İXM-in 150-3-cü maddəsi);

– xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması (İXM-in 150-4-cü maddəsi);

– avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar (İXM-in 163-cü maddəsi);

– iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması (İXM-in 163-1-ci maddəsi);

– avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması (İXM-in 163-1-ci maddəsi) və bəzi başqa xətalar.

Sadalanan xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək bundan sonra Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Ərşad Hüseynov bildirdi ki, bu yeniliyin təcrübədə tətbiqi xeyli maraqlı məqamlar vəd edir. Bu o deməkdir ki, məsələn, bundan sonra yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət Yol Polisi yoxlayacaq. Eləcə də yollarda ağırçəkili avtomobillərin kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol Polisi tərəfindən istifadə olunacaq və kütlə parametrlərini pozan sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunacaq.

Başqa sözlə, bundan sonra taksilərin, yük avtomobillərinin və sərnişin avtobuslarının fəaliyyətinə həm sərnişin və yükdaşıma qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət edəcək. Amma bundan ötəri müəyyən təşkilati və qanunvericilik işləri həyata keçirilməlidir. Hər halda, bu işin sonrakı gedişi yaxın gələcəkdə bəlli olacaq.

Previous Post

Yol polisindən Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlərlə bağlı açıqlama

Next Post

38 VİLLA, QOHUMLARA VERİLƏN “PAKETLƏR”…-Məmmədovlarla bağlı yeni İDDİALAR

Bənzər yazılar

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Bu barədə Elchi.az...

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb. Elchi.az  xəbər verir ki, bu barədə o Hyustonda (Texas...

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. Elchi.az  "Tasnim"ə...

Next Post

38 VİLLA, QOHUMLARA VERİLƏN “PAKETLƏR”…-Məmmədovlarla bağlı yeni İDDİALAR

38 VİLLA, QOHUMLARA VERİLƏN “PAKETLƏR”…-Məmmədovlarla bağlı yeni İDDİALAR

Son xəbərlər

Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.