Sosial şəbəkədə yol polisi ilə sürücü arasında daha bir qalmaqalın videosu yayılıb.
ANS PRESS-in avtostop-un səhifəsinə istinadən verdiyi məlumata görə, yol polisi sürücüsünün mobil telefonla danışdığını iddia etdiyi maşını saxlatdırır. Sürücüdən sənədlərini tələb etdikdə o bundan imtina edir. Buna isə saxlanma səbəbi haqda öncədən məlumat verilməməsini əsas gətirir.
Bundan sonra növbəti polis əməkdaşı avtomobilə yaxınlaşır. Davam edən qarşılıqlı ittihamlar hər iki tərəfdən söyüş söyülməsinə qədər davam edir. Bir ara sürücü ilə yol polisi hətta əlbəyaxa da olur. Sonradan yaxınlaşan polis əməkdaşı özünü inspektor Sahibov kimi təqdim edir.
Sürücü yol polisi əməkdaşından yerindəcə mobil telefonla danışdığı anın video görüntülərini tələb edir. Sürücü qeyd edir ki, sonda ona heç bir protokol tərtib edilməyib və yoluna davam edib.
Ağır söyüşləri ixtisar etməklə videonu təqdim edirik: