"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Yeni siyasi cərəyan”

04 May 2023 - 17:20
in MANŞET
FacebookVatsap

Bütün nəzəri təfərrüatlara varmadan son dövrə qədər düşünürdük ki, siyasətdə ümumən 3 əsas cərəyan mövcuddur: mərkəzçi, solçu və sağçılar. Ancaq bu ümumi qəbul olunmuş fikir “Siyasi partiyalar haqqında” yeni Qanun qüvvəyə minənə qədər mövcud idi. Çünki siyasi münasibətlərin sağlamlaşdırılmasına xidmət edən Qanun qüvvəyə minən kimi bəzilərinə sanki “siyasi vəhy” gəldi. “Siyasi vəhy” ilə “alverçi” təfəkkürü birləşəndə isə faciələr, o cümlədən şəxsi faciələr yaşanır.

Bunu da oxuyun

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Dilimiz təcrübəmiz qədər zəngindir. Heç şübhəsiz ki, “siyasi vəhy” olan yerdə siyasi fırıldaqçılıq da yaşanacaqdır. Fırıldaqçı sözü tələ və tuzak sinonimlərinin birləşməsindən əmələ gəlib. İkinci və daha inandırıcı mülahizəyə görə, fırıldaqçı farsca dozidən (oğurlamaq) sözü ilə qohumdur. Səhv olmaz əgər desək ki, siyasi şantaj və siyasi reketlik də məhz siyasi dələduzluğun təzahürləridir.

Misal üçün, dələduzluq ittihamı ilə həbs olunmuş və heç də aparıcı, habelə tanınmış hesab olunmayan “Yüksəliş” partiyasının sədri öz həbsi ətrafında qalmaqal yaratmaq cəhdi ilə mübariz siyasətçi adını qazanmaq istəyir. Belə ki, həbsini dolayısilə yeni Qanunla əlaqələndirməklə hadisənin siyasiləşməsinə nail olmağa çalışır.

Aydındır ki, hadisənin siyasiləşməsi yalnız insidentdən siyasi divident qazanmaq və daha sonra siyasi reketliklə məşğul olmağa xidmət edir. Heç bir əlavə şərhə ehtiyac yoxdur. Bəzi bəla-siyasətçilərimiz obyekt kimi istifadə etdikləri partiyaların hətta bağlanılmasından belə divident qazanmaq arzusundadırlar.

Odur ki, siyasişüvənlərin “fəallığı” sayəsində biz daha bir siyasi cərəyanın doğulmasına şahidlik edirik: “dələduzçular” cərəyanı. Əslində, sosial fenomen kimi bu cərəyanı yeni adlandırmaq olmaz. Zəiflik, natamamlıq və asan pul sevgisi insan övladını fırıldaqçılığa daim cəlb edir. Siyasətdə isə bu cür cılız cəhdləri ciddi siyasi proseslərin ancaq əyləncəli antraktı kimi qəbul etmək olar.

Əlbəttə ki, siyasi münasibətlərin formatlaşması ilə bağlı dövlətin əhəmiyyətli təşəbbüslərinə qarşı bu cür – yumşaq desək heç də yaxşı olmayan münasibətin yaşanması yalnız təəssüf hissi yarada bilər. Xatırladaq ki, sözügedən partiya cəmi iki il öncə rəsmi qeydiyyata alınıb. Xatırlatmağımız təsadüfi deyil. Məhz “dələduzluq iştahı” səbəb ola bilər ki, qısa müddət ərzində bu cür hallar yaşansın. Əslində, yaşanmış hadisə bizə daha bir həqiqəti açır: partiya hər-hansı bir ideologiyanın təbliği və ya öz tərəfdaşlarının maraqları uğrunda siyasi mübarizənin aparılması üçün yox, məhz siyasi reket və siyasi dələduzluq fəaliyyəti ilə məşğul olmaq üçün yaradılıb.

Qeyd olunanlar müstəvisində heç də təəccüblü deyil ki, radikallar bütün qərəzli və demaqoji ritorikanı yeni Qanuna qarşı səfərbər ediblər. Yeni Qanun siyasi fırıldaqçılıq ilə məşğul olmaq üçün əsaslı çətinliklər yaradacaqdır. Əlbəttə ki, Qanunun əhəmiyyətini və aparılan islahatları şübhə altına almaq üçün bütün üsul və metodlara əl atılacaqları da gözlənilən haldır. “Bazarı” itirmək qorxusu siyasətdən uzaq olan dələduzları növbəti fırıldaqlara təhrik edir.

Politoloq A.Adil

Previous Post

“Yeni siyasi cərəyan”

Next Post

Laçın rayonunun Güləbird kəndinin təməli qoyuldu

Bənzər yazılar

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

08 Noyabr 2026 - 19:30

“Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə böyük siyasi gücə çevrilib, dünya miqyasında böyük...

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21

Qələbə azadlıq kimidir, verilmir, alınır, qazanılır. Azərbaycan xalqı olaraq Qarabağ zəfərini mübaliğəsiz Prezident İlham Əliyev xalqımıza yaşatdı. Ağrılı-acılı işğal günlərində...

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib. Elchi.az...

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir. Elchi.az xəbər verir ki, müraciəti dövlət...

Next Post
Laçın rayonunun Güləbird kəndinin təməli qoyuldu

Laçın rayonunun Güləbird kəndinin təməli qoyuldu

Laçın rayonunun Güləbird kəndinin təməli qoyuldu

Laçın rayonunun Güləbird kəndinin təməli qoyuldu

Son xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08 Noyabr 2026 - 20:27
İlham Əliyev COP31-də iştirak edəcək

İlham Əliyev COP31-də iştirak edəcək

08 Noyabr 2026 - 20:00
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər

08 Noyabr 2026 - 19:52
Türkiyə Ağdamda yeni məktəb inşa edir

Türkiyə Ağdamda yeni məktəb inşa edir

08 Noyabr 2026 - 19:43
Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

08 Noyabr 2026 - 19:30
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

08 Noyabr 2026 - 19:18
Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

08 Noyabr 2026 - 19:09
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq

XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq

08 Noyabr 2026 - 19:00
FHN-in kollektivi Zəfər Parkını ziyarət edib – FOTO

FHN-in kollektivi Zəfər Parkını ziyarət edib – FOTO

08 Noyabr 2026 - 18:52
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO – VİDEO – YENİLƏNİB

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO – VİDEO – YENİLƏNİB

08 Noyabr 2026 - 18:48
Birinci xanımlar çay masasında söhbətləşdi

Birinci xanımlar çay masasında söhbətləşdi

08 Noyabr 2026 - 18:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər – FOTO

Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər – FOTO

08 Noyabr 2026 - 17:44
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

08 Noyabr 2026 - 16:06
Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.