Türkmənistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Şuşaya gedib.
Bu barədə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov Tvitter səhifəsində yazıb.
“Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Qurbanməmmet Elyasov Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib”, – paylaşımda qeyd olunub.
Türkmənistanlı diplomat işğal dövründə Şuşanın tarixi-memarlıq abidələrinə vurulmuş ziyan barədə də məlumatlandırılıb.
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə...





















Son şərhlər