Dünyanın hər yerindən gələn elm adamları ən böyük və ən kiçik rəqəmləri daha asan ifadə etmək üçün yeni ölçü vahidləri müəyyən ediblər. Yerin kütləsi 6 ronnaqram oldu.
Elchi.az xəbər verir ki, Dünyanın hər yerindən elm adamları Fransada bir araya gələrək, ən böyük və ən kiçik rəqəmləri daha asan ifadə etmək üçün yeni ölçü vahidləri təyin etdilər.
Beynəlxalq Vahidlər Sisteminə 30 ildən artıq müddətdə ilk dəfə olaraq yeni nümunələr əlavə edilmişdir.
Yeni qərara əsasən, ən böyük rəqəmlər üçün “ronna” və “quetta”, ən kiçik rəqəmlər üçün isə “ronto” və “quecto” istifadə olunacaq. Bunlar qram və metr kimi ölçü vahidlərinə əlavə olaraq gələcək.
Dəyişikliklər Parisin qərbində Versal sarayında hər 4 ildən bir keçirilən Çəkilər və Ölçülər üzrə 27-ci Baş Konfransda iştirak edən alimlər və hökumət nümayəndələri tərəfindən səsə qoyulub.
Yeni prefikslərin tətbiqi təşəbbüsünə rəhbərlik edən Böyük Britaniya Milli Fizika Laboratoriyası qərarın qəbul edildiyini açıqlayıb.
Prefikslər böyük miqdarları ifadə etməyi asanlaşdırır. Məsələn, bir kilometr əvəzinə 1000 metrdən və bir millimetr əvəzinə metrin mində birindən istifadə mürəkkəb hesablamalarda işləri çətinləşdirə bilər.
Şayəstə