"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yeni millәt vәkili Rәsulzadәni vәtәn xaini elan etdi -şok

01 Dekabr 2015 - 12:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Yeni millәt vәkili Rәsulzadәni vәtәn xaini elan etdi -şok
Bu günlərdə jurnalist həmkarlarımız ilə birgə layihə çərçivəsində Gəncə şəhərində olduq. Səfərimiz zamanı məclislərin birində Gəncədən yenicə deputat seçilən 32 yaşlı Naqif Həmzəyev ilə görüşümüz oldu. 
Gənc deputat Gəncədə aparılan quruculuq işlərindən, işsizliklə bağlı görülən və görüləcək layihələrdən ağız dolusu danışdı. Daha sonra isə üzünü media nümayəndələrinə tutub- “mənə suallarınızı verə bilərsiniz, mən jurnalistlərin, gənclərin dostuyam” dedi. Elə bu an uzun müddətdir ki, narahatlıq doğuran, mətbuatda tez-tez müzakirə edlən bir məsələ ilə bağlı sual ünvanladım:
“Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?”.
Sualımdan diksinən millət vəkili bir qədər də üz-gözünü turşudub, Azərbaycan Cumhuriyyətinin, milli istiqlal hərəkatının lideri, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının banisi Məmməd əmin Rəsulzadəyə olan nifrətini izhar etdi. Jurnalistlərin gözü önündə bu cür dialoqumuz oldu:
– Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.
– Şərqdə ilk demokratik…
-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.
Bu zaman kənardan da müdaxilələr olur:
– Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı…
– O, bizim nə qədər sərvətimizi talayıb…
– Bunlar (mən nəzərdə tutuluram) Rəsulzadə fanatıdırlar.
Millət vəkili canfəşanlıqla Rəzulzadəyə qara yaxmaqda, jurnalistləri şoka salaraq, mürtəce fikirlərini söyləməkdə davam edirdi:
– Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında  təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cumhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?!
Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur.
Cumhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində “İstiqlal” parkı açılıb.
– Gələn qonaqlara, xarici turistlərə parkı necə təqdim edirsiz- satqın Rəzulzadənin qurduğu istiqlaliyyətə aid “İstiqlal” parkı?
– Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə republikanı Gəncədə deyil, Tiflisdə qurub… Qoy bu barədə Müsavat Partiyasının üzvləri məşğul olub,  onunla bağlı məsələləri həll etsinlər. Bir dəfə də olsun müsavatçılardan kimsə onun büstünün qoyulduğu quruma zəng edib başına torba keçirilməsinin səbəbini soruşub?…
Siz 28 May günü Gəncəyə gəlsəniz görərsiz ki, biz necə bayram keçiririk. Hətta on yerə əklil qoyuruq.
– Məsələn, hara?
-Gəlib öz gözlərinizlə görə bilərsiz hara.
Dialoqun bu yerində jurnalist həkarlarımdan biri dözməyərək atmaca atır:
-Gəlin birlikdə Rəsulzadəni vətən xaini elan edək və beləcəyə məsələyə son qoyulsun…
Anladım ki, söhbəti davam etdirməyin heç bir mənası yoxdur. Bu gün artıq yüksək vəzifə tutan məmurlarımız tərəfindən tarixi şəxsiyyətlərimiz barəsində qarayaxmalar eşidəndə, onların satqın adlandırlmasının şahidi olanda  heç də təəccüblənmirik. Bu, reallıq da olsa dəhşətli, qorxuncdur. Pafosla deyilən “xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etdik, tariximiz haqqında məlumat verdik, adət-ənənələrimizi təqdim etdik, Azərbaycan həqiqətini dünyaya çatdırdıq” sözlərə bunu deyən şəxslərin heç özləri də inanmır.
Naqif Həmzəyevə gəlincə, mətbuatda yayılan son məlumatlara görə, yenicə deputat olan bu gənc zamanında Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutan bir sıra siyasətçilərlərlə canbir, dilbir olub. Çox qəribədir ki, bundan öncə YAP-ı (Yeni Azərbaycan Partiyası) söyən Naqif Həmzəyev sonradan  elə həmin partiya tərəfindən namizədliyi irəli sürüb və hazırda eyni zamanda YAP-ın Gəncə şəhər təşkilatının sədridir. Bu müəmmaların qaranlıq tərəfləri çoxlarına məlumdur. Lakin bir sual yəqin ki, çoxlarını düşündürür- Rəsulzadə niyə bir çox məmurları qorxudur, ona qarşı bu cür kinin məğzi nədir?
Beləcə, o gün Gəncədə Rəsulzadəyə qarşı əsl münasibətin şahidi olduq.
Xalidə Gəray
Musavat.com
Previous Post

Yeni millәt vәkili Rәsulzadәni vәtәn xaini elan etdi -şok

Next Post

Səudiyyə Ərəbistanı da Britaniyanın İŞİD-i bombalamasını dəstəklədi

Bənzər yazılar

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

04 Sentyabr 2026 - 14:16

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib. Elchi.az Trend-ə istinadla xəbər verir ki, bununla...

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

Next Post

Səudiyyə Ərəbistanı da Britaniyanın İŞİD-i bombalamasını dəstəklədi

Səudiyyə Ərəbistanı da Britaniyanın İŞİD-i bombalamasını dəstəklədi

Son xəbərlər

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

04 Sentyabr 2026 - 17:37
2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

04 Sentyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.