"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yeni deputatların keçmişi: Müəllim, həkim, işsiz, rəssam…

03 Noyabr 2015 - 12:24
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

Azərbaycanda keçirilən parlament seçkilərinin yekun nəticələri artıq bəllidir. Milli Məclisin yeni tərkibində hazırki deputatlarla yanaşı ilk dəfə mandat alanlar da var. Belə ki, parlamentin payız sessiyasında 27 yeni deputat işə başlayacaq və bu, qanunverici orqanın 22 faiz yenilənməsi deməkdir.

AzVision.az ilk dəfə deputat seçilən şəxslərin bundan öncə hansı işlə məşğul olmasını araşdırıb.

6 saylı Culfa–Babək seçki dairəsindən deputat seçilən Həmzəyeva Ülviyyə Tapdıq qızı Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədridir.

9 saylı Binəqədi ikinci seçki dairəsindən seçilən Qafarov Kəmaləddin Nəsrəddin oğlu Milli Onkologiya Mərkəzinin Baş direktorun müavini vəzifəsində çalışır.

11 saylı Qaradağ seçki dairəsində mandat qazanan Hüseynov Aydın Nəsir oğlu (YAP-ın namizədidir-red) namizədliyi irəli sürənədək Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı agentliyi 9 saylı Xəzinədarlıq idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri vəzifəsində çalışıb.

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilən Həsənov Elşad Eldar oğlu (Bitərəf) “Kaspian Konsaltinq” şirkətinin hüquqşünası işləyib.

19 saylı Nərimanov birinci seçki dairəsini təmsil edən Məmmədov Hikmət Baba oğlu “Yeni Azərbaycan” qəzetinin baş redaktorudur.

27 saylı Sabunçu ikinci seçki dairəsindən qalib çıxan Cəbrayılova Dilarə Məmmədağa qızı 295 saylı orta məktəbin direktoru vəzifəsini tutub.

35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi irəli sürən və seçkidən qalib çıxan Əlizadə Araz Mübariz oğlu (ASDP) bildiyimiz kimi hazırda Azərbaycan Sosial Demokrat Partiyasının sədridir.

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsindən deputat seçilən Kərimzadə Pərvin Orxan qızı Gəncə Dövlət Universitetində Elm və İnnovasiyalar üzrə prorektor vəzifəsində çalışır.

38 saylı Nizami (Gəncə) ikinci seçki dairəsində seçki mübarizəsinə qatılan Həmzəyev Naqif Ələşrəf oğluGəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb. Çox güman ki, o deputatlıq fəaliyyətinə görə bu vəzifəsini itirməli olacaq.

41 saylı Sumqayıt birinci seçki dairəsində bütün rəqiblərini üstələyən YAP üzvü Xəlilov Mirzəcan Mirzəmməd oğlu “Azərsutəchizat Tikinti” ASC-nin sədridir.

Hakim partiyanın digər üzvü Mirkişili Tahir Famil oğlu 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilib. O hazırda İqtisadiyyat və Sənaye Nazirinin Müşaviridir.

55 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil edən Səlimov Eldəniz Adil oğlu (YAP) Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

57 saylı Kürdəmir seçki dairəsindən mandat qazanan Məmmədov Müslüm Mürsəl oğlu (Bitərəf) (62,4 faiz) Belçika Krallığında Azərbaycan Kommunikasiya ofisinin rəhbəri vəzifəsində çalışıb.

62 saylı Saatlı seçki dairəsində deputat seçilən Amaşov Əflatun Əhməd oğlu Azərbaycan Mətbuat Şurasının sədridir.

63 saylı Sabirabad birinci seçki dairəsini təmsil edən Quliyev Elçin Bəybala oğlu deputat seçilənə kimi Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində Aparat rəhbəri vəzifəsində çalışıb.

77 saylı Astara seçki dairəsində Milli Məclisə seçilən Mahmudov Rəşad Məmmədqulu oğlu Mərkəzi Neftçilər Xəstəxanası, Ürək-damar mərkəzinin rəhbəridir.

81 saylı Beyləqan seçki dairəsində mübarizə aparan Şahin İsmayılov Əmir oğlu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədridir.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən mandat alan Kərimli Tahir Zayıdağa oğlu Vəhdət” Partiyasının sədridir.

89 saylı Göyçay-Ağdaş seçki dairəsini təmsil edən Nəsirov Elman Xudam oğlu Azərbaycan Respublikası Prezidenti yanında dövlət idarəçilik akademiyasının Siyasi Araşdırmalar İnstitunun direktorudur.

91 saylı Ucra seçki dairəsindən millət vəkili seçilən Hüseynov Vüsal Afqan oğlu Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi və Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın katibidir.

99 saylı Şəmkir kənd seçki dairəsindən millət vəkili seçilən Əliyeva Sona Sakit qızı Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavinidir. O da Milli Məclisdəki fəaliyyətinə görə, o, bu vəzifəsini itirməli olacaq.

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən seçilən Bayramov Kamran Fərhad oğlu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsini tutub.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilən Ağayeva Ülviyyə Cavanşir qızı hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunda işləyir.

107 saylı Qazax seçki dairəsindən seçilən Nəbizadə Kamran Telman oğlu NKH MMC-də idarə heyətinin sədridir.

109 saylı Balakən seçki dairəsində təmsil olunan Məhəməliyev Nəsib Məhəmməd oğlu müvəqəti işsiz. Qeyd edək ki, o 2000-2006-cı illərdə Balakən rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

110 saylı Zaqatala seçki dairəsindən mandat qazanan Musayev Elşən Məmmədhənifə oğlu Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti Və Dövlət Quruculuğu Komitəsinin ekspertidir.

Mahir Abbaszadə Milli Məclisdə 121 saylı Laçın seçki dairəsini təmsil edəcək. O indiyədək “Zaminbank” Açıq Səhmdar Cəmiyyəti, Gənclik filialının müdiri vəzifəsində çalışıb.

Previous Post

Yeni deputatların keçmişi: Müəllim, həkim, işsiz, rəssam…

Next Post

BAXCP sədrinin müavini rəqibini təbrik etdi

Bənzər yazılar

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08

12 sentyabr çevrilişindən sonra türk millətçiliyi ideologiyasını və Milliyyətçi Hərəkat Partiyasını (MHP) sarsıtmağa çalışanlar indi də kənardan gətirilmiş anlayışlar və...

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Next Post

BAXCP sədrinin müavini rəqibini təbrik etdi

BAXCP sədrinin müavini rəqibini təbrik etdi

Son xəbərlər

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

20 Oktyabr 2026 - 16:37
Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

20 Oktyabr 2026 - 16:14
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

20 Oktyabr 2026 - 16:09
Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

20 Oktyabr 2026 - 16:03
Trampın reytinqi 31%-ə düşüb

Trampın reytinqi 31%-ə düşüb

20 Oktyabr 2026 - 16:00
“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

20 Oktyabr 2026 - 15:44
Ukrayna Rusiya ilə dialoqu bərpa etməyə çağırılıb

Ukrayna Rusiya ilə dialoqu bərpa etməyə çağırılıb

20 Oktyabr 2026 - 15:30
Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

20 Oktyabr 2026 - 15:16
Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08
Federasiya Şurasından Kallasa XƏBƏRDARLIQ

Federasiya Şurasından Kallasa XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 15:00
Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52
BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

20 Oktyabr 2026 - 14:43
QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

20 Oktyabr 2026 - 14:30
Azərbaycanda KSM  institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16
Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20 Oktyabr 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.