"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yeni büdcə sahibkarların cibinə “yüklənir”

19 Fevral 2016 - 08:39
in XƏBƏR LENTİ
FacebookVatsap
Yeni büdcə sahibkarların cibinə “yüklənir”

Ekspert: “Vergilər Nazirliyi büdcə tələblərini yerinə yetirə bilmədiyi üçün sahibkarların vergi yükünü daha da artıracaq”

Bunu da oxuyun

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 10 milyon manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər layihəsində öz əksini tapıb. Belə ki, gəlirlərin strukturunda Vergilər Nazirliyinin öhdəliyi 6,2 faiz artımla 7 milyard 10 milyon manat, Dövlət Gömrük Komitəsinin öhdəliyi 13,8 faiz artımla 1 milyard 810 milyon manat nəzərdə tutulub. 
 
Onu da qeyd edək ki, Milli Məclisin fevralın 23-də müzakirə edəcəyi layihədə büdcənin gəlirlər hissəsi 15,5 faiz artırılaraq 16 milyard 822 milyon manata, xərclər hissəsi isə 13,7 faiz artırılaraq 18 milyard 495 milyon manata, büdcə kəsiri isə 25 milyon manat azaldılaraq 1 milyard 673 milyon manata çatdırılıb. 
Ən vacib məqamlardan biri də budur ki,  neftin qiymətinin 25 dollardan götürülməsi nəticəsində büdcə xərcləri daha rentabelli və daha qənaətli şəkildə formalaşdırılıb. Bir sözlə, hökumət gəlirlərin azalmasını nəzərə alaraq qənaət büdcəsinə keçib. Ekspertlər isə hesab edir ki, neft gəlirlərinin çox olduğu vaxtda da büdcənin məhz bu cür rentabelli olması əsas şərt idi və hökumət bu addımı atmaqda gecikmiş sayılır.
Büdcə gəlirlərində vergi və gömrükdən daxilolmaların artırılması da ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Sahibkarlıq obyektlərinin bir-birinin ardınca bağlanmasını, ölkədə iqtisadi fəallığın azalmasını nəzərə alsaq, vergi daxilolmalarının artacağı real görünmür. Bəs görəsən, indiki situasiyada vergi yığımları hesabına büdcə gəlirlərinin 42 faizini, gömrük rüsumları hesabına isə 14 faizini təmin etmək mümkün olacaqmı? Bu, Vergilər Nazirliyi tərəfindən sahibkarlara vergi təzyiqlərinin artmasına yol aça bilərmi?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, iqtisadi fəallığın zəiflədiyi bir vaxtda bu addım sahibkarlara təzyiqləri artıracaq: “Son  dəyişikliklə vergi daxilolmaları ötən ilin büdcəsinə bərabər nəzərdə tutuldu. Ancaq onu da nəzərə almaq lazım idi ki, hazırki iqtisadi vəziyyət  2015-ci illə müqayisədə daha çətin olacaq, xüsusilə də real sektorda. Faktiki olaraq, dövriyyə azalır. Dövriyyə azalması yay aylarında daha ciddi şəkildə hiss olunacaq. Çünki bu zaman gəlirlər də azalır. Bu, vergilərin azalmasına səbəb olacaq. İş yerlərində ixtisarların aparılması, böyük şirkətlərin ölkədən getməsi  də vergi yığımlarının azalmasına səbəb olacaq. Xüsusilə də xarici kapitallı şirkətlərin hesabatlılığı daha şəffaf idi və onların bazarı tərk etməsi də gəlirlərə təsir edəcək.
Nəticə isə ondan ibarət olacaq ki, Vergilər Nazirliyi büdcə tələblərini yerinə yetirə bilmədiyi üçün sahibkarların vergi yükünü daha da artıracaq. Bu da hazırki situasiyada doğru deyil. Sahibkarlar onsuz da iqtisadi problemlərin təzyiqi altındadırlar. İqtisadi aktivliyin azalması və verginin administrativ şəkildə təzyiqləri artırması həmin obyektlərin bağlanmasına gətirib çıxaracaq. Bu da real sektorun inkişafına deyil, real sektorda durğunluğun daha da dərinləşməsinə gətirib çıxaracaq”.
 
Ekspert həmçinin sahibkarların fəaliyyətində şəffaflığın artırılmasının və vergi ödənişlərinin birbaşa büdcəyə yönəldilməsinin də vacib olduğunu bildirdi: “İkinci bir  variant isə odur ki, vergi daxilolmalarının artırılması məqsədilə leqal fəaliyyətin genişləndirilməsi mümkündür. Bildiyimiz kimi, Azərbaycanda qeyri-neft sektorunun leqallığı daha aşağı səviyyədədir, şəffaflıq baxımından xeyli problemlər var. Mən bunda sahibkarları günahlandırmıram. Bu, bu günə qədər aparılan yanlış siyasətin nəticəsidir. Bəzən bu dövlət orqanlarının özləri maraqlı olur ki, sahibkar fəaliyyətini qeyri-leqal şəkildə qursun və onlar da sahibkardan qeyri-rəsmi ödənişlər tələb edə bilsinlər. Burada sahibkarlıq fəaliyyətinin şəffaflığını artırmaqla daxilolmaların artmasına nail olmaq olar. Lakin bu istiqamətdə hökumət hər hansı cəhd göstərmir. Bu baxımdan büdcədə vergi yükünün artırılması iqtisadi problemlərə səbəb olacaq”.
 
Rəşad Həsənovun sözlərinə görə, Gömrük Komitəsinin öhdəliyinin 14 faiz artırılması da maraqlı məqamdır:“Yanvar ayının statistikasına diqqət etsək, gömrük gəlirlərində 50 faizə qədər azalma müşahidə edilir. Onu da nəzərə almaq lazımdır ki, 2016-cı ildə idxalın həcmi xeyli dərəcədə azalacaq, çünki alıcılıq azalacaq və ölkədə daxili tələbat aşağı düşəcək. Dövlət büdcəsində xərclərin azaldılması dövlətin də alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. Hər iki amil birləşdikdə idxalın həcmi azalır. Lakin bunun qarşılığında ötən illə müqayisədə gömrük daxilolmaları artırılır.
Maraqlı məqamlardan biri də odur ki, ölkədə bir çox sahələrdə inkişafa nail olmaq üçün islahatların aparılmasına və gömrük rüsumlarının azaldılmasına və ya ləğvinə ehtiyac var idi. Bu halda gömrük gəlirlərinin necə, hansı mənbələr hesabına artırılacağı maraqlı görünür”.
 
Vüqar Bayramov isə bildirdi ki, büdcə gəlirlərinin azalması da qeyri-neft sektorundan daxilolmaların faiz dərəcəsinin artmasına səbəb olub: “Büdcədə neftin qiymətinin 25 dollardan hesablanması artıq qeyri-neft sektorunun payının artırılması anlamına gəlir. Əks halda, büdcə gəlirlərindəki tarazlığı formalaşdırmaq mümkün olmayacaq. Nəzərə alsaq ki, mövcud layihədə büdcə gəlirlərinin 51 faizi neft sektorunun, 49 faizi qeyri-neft sektorun payına düşürdü. 2016-cı ilin büdcəsinin formalaşması zamanı heç bir halda sahibkarlara təzyiq edilməsi arzuolunan deyil. Çünki hökumət çalışmalıdır ki, ölkədə sahibkarlıq inkişaf etsin. Sahibkarlığa yersiz müdaxilələrin aradan qaldırılması hesabına növbəti illərdə dövlət büdcəsinin gəlirlərindəki tarazlığı formalaşdırmaq mümkündür.  Gömrüklə bağlı sahibkarlara təzyiqlərin olacağını düşünmürəm. Gömrükdən daxilolmaların artması həm də ona görə mümkün olacaq ki, son islahatlardan sonra ödənişlərin rəsmiləşdirilməsi həyata keçirilib. Brokerlərin ləğv edilməsi artıq gömrükdəki qeyri-rəsmi ödənişlərin aradan qaldırılmasına və ödənişlərin dövlət büdcəsinə daxil olmasına imkan yaradacaq. Digər bir məqam isə odur ki, gəlirlərin 42 faizinin qeyri-neft sektorunun payına düşməsi həm də ona görə olacaq ki, büdcə gəlirləri azalacaq. Ona görə də mən düşünmürəm ki, bu 42 faiz ciddi narahatlıq formalaşdıracaq. Əsasən büdcə gəlirlərinin azalması faiz dərəcəsinin çoxalmasına səbəb olur”.
Previous Post

Yeni büdcə sahibkarların cibinə “yüklənir”

Next Post

Futbolçu Putinin şəklinə görə 300 min cərimələndi

Bənzər yazılar

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın...

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14

Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. Elchi.az -ın  məlumatına görə, sənədlər oktyabrın...

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri...

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07

Ukrayna müharibə başa çatdıqdan sonra ölkənin təhlükəsizliyini təmin etmək üçün üç variantı nəzərdən keçirir. Elchi.az xəbər verir ki, bunu Ukrayna...

Next Post

Futbolçu Putinin şəklinə görə 300 min cərimələndi

Futbolçu Putinin şəklinə görə 300 min cərimələndi

Son xəbərlər

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

23 Oktyabr 2026 - 14:14
Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

23 Oktyabr 2026 - 14:07
Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

23 Oktyabr 2026 - 13:51
Məktəblərdə gözlənilən qadağa – Mühüm dəyişiklik

Məktəblərdə gözlənilən qadağa – Mühüm dəyişiklik

23 Oktyabr 2026 - 13:42
Yolu keçərkən bu səhvi etməyin – DYP-dən xəbərdarlıq

Yolu keçərkən bu səhvi etməyin – DYP-dən xəbərdarlıq

23 Oktyabr 2026 - 13:30
“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

23 Oktyabr 2026 - 13:18
Monteneqro 2028-ci ildə Aİ-yə daxil ola bilər – Merts

Monteneqro 2028-ci ildə Aİ-yə daxil ola bilər – Merts

23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

23 Oktyabr 2026 - 12:54
Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

23 Oktyabr 2026 - 12:52
Prezident Xalq rəssamı Fərhad Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib

Prezident Xalq rəssamı Fərhad Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib

23 Oktyabr 2026 - 12:49
Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

23 Oktyabr 2026 - 12:38
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

23 Oktyabr 2026 - 12:21
Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir

Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir

23 Oktyabr 2026 - 12:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.