Dörd günlük səfəri çərçivəsində rəsmilərlə danışıqlar aparmaq üçün Pekinə endikdən bir gün sonra ABŞ-ın maliyyə naziri “Janet Yellen” Çinlə ticarət əlaqələrini kəsməyin mümkün olmadığını, çünki bunun qlobal bazarlara təsir edəcəyini söyləyib.
Elchi.az bu barədə “Geo News”-a istinadən xəbər verir.
Onun səfəri ABŞ dövlət katibi Antoni Blinkenin prezident Si Tsinpinlə görüşdüyü yüksək səviyyəli səfərindən cəmi bir ay sonraya təsadüf edib.
Yellen Pekində Amerika Ticarət Palatasının ev sahibliyi etdiyi sessiyada ABŞ bizneslərinin nümayəndələri ilə görüşdə deyib: “Dünyanın ən böyük iki iqtisadiyyatının ayrılması qlobal iqtisadiyyat üçün sabitliyi pozar”.
Nuranə Məmmədova