"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Yazıçı-publisist Emil Nəsirlinin yeni kitabının təqdimatı keçirildi – FOTO

21 Aprel 2026 - 20:03
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair-publisist, AYB-nin üzvü, Beynəlxalq Elmlər Akademiyasının akademi Emil Nəsirlinin danimarka dilinə tərcümə edilmiş “Həsrət” kitabının təqdimat mərasimi keçirilib.

Bunu da oxuyun

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri olan Səlim Babullaoğlu Emil Nəsirlini təqdim edərək onun həyat və yaradıcılığı barədə qısa məlumat verib.
Səlim Babullaoğlu vurğulayıb ki, Emil Nəsirlinin vətən və millət duyğuları, düşüncələri onun bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Bu, çox təbiidir. Özünü tanımaq, kim olduğunu bilmək həm hər bir insan, həm toplum, həm də millət üçün yaşamağın, var olmağın, həyatda aldanmamağın birinci şərtidir. Özünü tanımaq, hər şeydən öncə, özünə güvənmək deməkdir. İçində bu güvənci olmayan insanın varlığı, yoxluğu bilinməz. Çünki özünə güvənmə yaşamaq üçün lazım olan mənəvi gücün, fiziki qüvvənin ilkin qaynağıdır. Özünü tanıyan və özünə güvənən insanlar arasında şairlər birinci yerdə durur. Mən şair deyəndə şeir yazanların hamısını nəzərdə tutmuram. Yüz şeir yazandan biri şairdisə, bu böyük şeydi.

Qeyd edilib ki, Emil Nəsirli 1974-cü il iyulun 12-də Bakı şəhərində anadan olub. 1981-1991-ci illərdə Bakı şəhəri Nəsimi rayonu M.Ə.Sabir adına 174 saylı orta məktəbdə təhsil alıb. 1991-1996-cı illərdə Azərbay-can Dövlət İqtisad Universitetini əmtəəşünas ixtisası üzrə bitirib. 1997-2000-ci illərdə Azərbay-can Sənaye İnvestisiya Bankının “Təchizat” filialında kredit mütəxəssisi, mühasib və baş mühasib vəzifələrin-də çalışıb.

2000-2005-ci illərdə Birləşmiş Universal Səhmdar Bankında (BUS Bank) baş mütəxəssis, kredit şöbəsinin müdiri vəzifələrində fəaliyyətini davam etdirmiş, 2005-2008-ci illərdə “Kapital Bank” ASC-də kredit mütəxəssisi, sonralar “Kapital Bank” ASC-nin Sabunçu filialının müdir müavini vəzi-fəsində işləmişdir. Respublikanın bank sferasında fəaliyyət göstərdiyi dövrlərdə dəfələrlə uzun müddət fasiləsiz peşəkar xidmətinə görə Bank rəhbərliyinin təbrik məktubu, xüsusi döş nişanları və xatirə hədiyyələri ilə mükafatlandırılıb. 2008-ci ildən Emil Nəsirli öz fəaliyyətini jurnalistikaya doğru istiqamətləndirərək dünyada və ölkəmizdə baş verən hadisələri obyektiv və dolğun işıqlandırmağa nail olmaqla, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideyalarının təbliğinə yönəlmiş siyasəti dəstəkləmiş və hazırda da Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxistiqamətli uğurlu siyasətə dəstək olmaqla jurnalistikanın inkişafına və təbliğinə öz töhfəsini verib.

Emil Nəsirli 2004-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməklə “Azərbaycanım” beynəlxalq jurnalını təsis etmiş və həmin dövrdən “Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində yayılaraq geniş oxucu kütləsində maraq doğuran nüfuzlu nəşrə çevrilib. Emil Nəsirlinin baş redaktorluğu ilə nəfis şəkildə hazırlanaraq dərc olunan “Azərbaycanım” beynəlxalq jurnalı öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını müasirləşdirərək, diaspor təşkilatları ilə və beynəlxalq qurumlarla əməkdaşlığın davam etməsinə səy göstərib, yaradıcılıq əsərlərinin məzmunluluğu, onları təqdimetmə formalarının orijinallığı, materialların janr tələblərinə uyğunluğu daim oxucuları cəlb edib.

Emil Nəsirli 2016-cı ildə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinin “İlin jurnalisti” mükafatına layiq görülməsi ilə bağlı təşkil etdiyi müsabiqənin qalibi olmuş və Bakı şəhərində keçirilən mükafatlandırma mərasimində Münsiflər heyətinin qərarına əsasən “İlin jurnalisti-2016” mükafatı ilə təltif olunub. 2010-cu ildə peşəkar yaradıcılıq fəaliyyətinə görə və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində yorulmaz fəaliyyətinə görə Emil Nəsirli “Qızıl Qələm” media mükafatına layiq görülüb. 2021-ci ildən Beynəlxalq Elmlər Akademiyasının /AS H&E/ akademiki, Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib. 2022-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin “Qızıl döş nişanı”, 2025-ci ildə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Emil Nəsirli Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya və Gürcüstan Yazıçılar Birliklərinin üzvüdür. Emil Nəsirli 150-dən çox nəşrin, o cümlədən 14 kitabın, yerli və xarici nəşriyyatların aparıcı elmi jurnallarında 300-dən çox ictimai-siyasi, elmi-publisistik məqalənin müəllifidir.

Görüşdə çıxış edən tanınmış şair-publisist Emil Nəsirli ilk öncə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və dəvətini qəbul edərək nəfis şəkildə çap olunmuş və danimarka dilinə tərcümə edilmiş “Həsrət” adlı şeirlər kitabımın təqdimat mərasiminə gələn qonaqlara minnətdarlığını bildirib. Sonra yeni nəşr olunmuş “Həsrət” kitabındakı şeirlərindən bəhs edərək vurğulayıb ki, fəlsəfi dünyagörüşündə vicdan anlayışı mühüm yer tutur. Ona görə də yaradıcılığımda insanın sözünə, əməlinə və mövqeyinə görə məsuliyyət daşıdığını vurğulayıb. “Mənim üçün susmaq da bəzən yanlış seçim ola bilər. Bu yanaşma mənim yaradıcılığımda etik fəlsəfənin – insanın mənəvi borcunun ön planda olduğunu göstərir. Bir şair kimi oxucularımı biganə qalmamağa, haqq və ədalət tərəfdə durmağa, dostluqda vəfalı olmağa çağırıram” -deyə qeyd edən Emil Nəsirli tədbirdə 2015-ci ildə yazdığı “Dostları” şeirini səsləndirib.

Görüşdə Azərbaycan Yazıçılar Birliyi Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzinin səfri, ədəbi- tənqidçi Əsəd Cahangir, Ensiklopediya Nəşriyyatının direktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikrət Nağıyev, Danimarkada yaşayıb fəaliyyət göstərən və “Həsrət” kitabını danimarka dilinə tərcümə edən Danimarka və Türkiyə Yazıçılar Birliklərinin üzvü Hüseyn Duyğu, Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti Əli Nur və başqaları çıxış edərək bildiriblər ki, Emil Nəsirli də yeni söz deməyə can atan cavan şairlərdəndir. Və onun şeirlərindəki təzəliklər ənənəyə yaradıcı münasibətdən irəli gəlir. Emil Nəsirlinin şeirlərində özünəməxsusluq onun sözə münasibətindəki orijinal yanaşmadan başlayır. O, dəfələrlə işlənən bədii təsvir vasitələrinə, təşbihlərə yenidən müraciət edəndə deyilənləri təkrar eləmir, yenisini yaradır. Həm də obyekti, nəsnəni mənalandırarkən onda yeni çalarları görməyi və bunları şeirə gətirməyi bacarır.

Tədbirin sonunda şair-publisist Emil Nəsirli danimarka dilinə tərcümə edilmiş “Həsrət” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Previous Post

Gürcüstanda baş nazir müavinlərinin sayı üçə çatdırılır

Next Post

Azərbaycan piy və yağ ixracını kəskin artırıb

Bənzər yazılar

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51

Bəzən elə bir nöqtəyə gəlib çatırsınız ki, əlinizdəki bütün bütün qurumlar rəsmi imtina cavabı verir.  Rayon idarəsi sizi nazirliyə göndərir,...

MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Elchi.az xəbər verir ki, bu barədə Məktəbəqədər...

Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57

Sentyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və...

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycan piy və yağ ixracını kəskin artırıb

Azərbaycan piy və yağ ixracını kəskin artırıb

Köhnə siyasətin “minaları” və yeni reallığın sınaqları – RƏY

Köhnə siyasətin “minaları” və yeni reallığın sınaqları - RƏY

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.