"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Yaxşı olardı ki, hər bir türk dövləti Azərbaycanın bir kəndini bərpa etsin”

07 Sentyabr 2023 - 21:43
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Biz heç kimə, hətta qardaşlarımıza belə borclu qalmayacağıq, amma bu, humanist bir addım olmaqla yanaşı, böyük siyasi əhəmiyyət daşıyardı, bizə qardaşlıq dəstəyi olardı, türk dövlətlərinin birliyinə xidmət edərdi”

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Elchi.az sözügedən müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, bu gün Azərbaycan Respublikasının Prezidenti Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün iştirakçılarını qəbul edib. Bu görüş və görüşdə səsləndirilən fikirlərə münasibətinizi bilmək istərdik.

-Öncə qeyd edim ki, bu istiqamətdə ciddi koordinasiya olunmuş əməkdaşlığa ehtiyac var. Nazirlər səviyyəsində görüşlərin mütəmadi keçirilməsi olduqca vacibdir və alqışlanmalıdır. Prezident öz çıxışında qeyd etdi ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib. Məhz bu səbəbdən nazirlərin iclasında qarşılıqlı yardım haqqında sazişin hazırlanması barədə işlərin aparılmasınının nəzərdə tutulduğunu qeyd etdi. Prezident Türkiyədəki dağıdıcı zəlzələdən sonra Qəhrəmanmaraşda Azərbaycan dövləti tərəfindən inşa olunacaq şəhərcik barədə danışdı, təşkilatda müşahidəçi statusu ilə iştirak edən Şimali Kipr təmsilçisini xüsusi salamladı və bəyan etdi ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olcağıq.

Azərbaycan FHN-nin xilasedicilərinin Türkiyədə göstərdiyi şücaət, fədakarlıq və Qəhrəmanmaraşda Azərbaycan tərəfindən tikiləcək şəhərcik Azərbaycan dövlət başçısının dediklərində nə qədər səmimi olduğunun bariz nümunəsidir.

Erməni faşistlər Türkiyədəki zəlzələdən daha böyük miqyasda Azərbaycanın şəhər və kəndlərini dağıdıb, bir milyon insanı evsiz-eşiksiz qoyub. Yaxşı olardı ki, hər bir türk dövləti heç olmasa Azərbaycanın 200 evlik bir kəndini bərpa etsin və həmin kənd öz tarixi adı ilə yanaşı, həmin ölkənin adını daşısın. Biz heç kimə, hətta qardaşlarımıza belə borclu qalmayacağıq, amma bu, humanist bir addım olmaqla yanaşı, böyük siyasi əhəmiyyət daşıyardı, bizə qardaşlıq dəstəyi olardı, türk dövlətlərinin birliyinə xidmət edərdi. Çox istərdim ki, bu təklif həmin dövlətlərin rəhbərliyinə çatdırılsın.

“İşğala son qoymaq üçün Prezidentin mümkün olan və olmayan hər şeyi edəcəyinə əminəm”

– Xankəndində qondarma rejimin başçısı Araikin istefasını necə qarşıladınız?

– Bir qatilin digəri ilə əvəzlənməsinin bizim üçün elə bir əhəmiyyəti yoxdur. Paşinyan düşünür ki, 10 noyabr 2020-ci ildə, tam məğlub olma ərəfəsində atəşkəs haqqında üçtərəfli Bəyənat imzalamaqla “böyük diplomatik uğura” imza atıb, Rusiya və Azərbaycan Respublikalarının prezidentlərini aldadıb. Fikirləşir ki, Rusiya sülhməramlıları həmin Bəyanata əsasən Azərbaycan ərazisində yerləşdirilib və Rusiya öz “maraqları” və Qərbdəki ermənipərəst dairələrin dəstəyini əldə etməsi naminə Qarabağda Azərbaycanın dövlət suverenliyinin bərpasına imkan verməyəcək. O cümlədən, Ermənistan KTMT-nin üzvü olduğu üçün Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar həyəta keçirməyəcək. Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsi istiqamətində atdığı addımların müəyyən həddə qədər mümükün olduğunu və bunun Ermənistan daxilində hakimiyyət dəyişikliyinə hesablandığını düşünür. Ona görə də 10 noyabr sazişində nəzərdə tutulduğu halda, Rusiyanın nəzarəti altında olmalı olan və Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun açılmasına sazişin imzalanmasından 3 ilə qədər vaxt keçməsinə baxmayaraq imkan vermir, öz qoşunlarını işğal etdiyi Qarabağdan çıxarmır. Sülh danışıqlarını uzatmaqla Ukraynada Rusiyanın məğlubiyyətini və Rusiyada Qərb tərəfindən yönləndiriləcək yeni hakimiyyətin formalaşmasını gözləyir. Elə bir hakimiyyətin ki, ABŞ konqresmenlərinin çağırışı ilə 20 Yanvar 1990 -cı ildə olduğu kimi Azərbycan xalqına divan tutsun, işğalçı ölkəyə kömək etsin. Amma düşünmürəm ki, Paşinyanın bu riyakar siyasəti uzun müddət ayaq tutub yeriyəcək, həyata keçəcək. O da sələfləri kimi zamanla nə qədər böyük səhvə yol verdiyini başa düşəcək, amma o zaman gec olacaq. Ona yanlış yol göstərib ümid verənlər onun dalında dayana bilməyəcək. İnanmıram ki, Azərbaycan daha 30 il işğal altında qalan digər ərazilərində dövlət suverenliyinin bərpası üçün gözləyəcək. Azərbaycan daha qətiyyətli olmalı və müttəfiqləri ilə daha intensiv işləməlidir. Biz torpaqlarımızı azad etmək üçün yaranmış tarixi şansı qaçırmamalıyıq. Heç kim təminat verə bilməz ki, gələcəkdə müttəfiqlərimiz indikindən daha güclü olacaq, daha əlverişli beynəlxalq şərait yaranacaq. İşğala son qoymaq üçün Prezidentin mümkün olan və olmayan hər şeyi edəcəyinə əminəm.

Previous Post

“Yaxşı olardı ki, hər bir türk dövləti Azərbaycanın bir kəndini bərpa etsin”

Next Post

Bədəlyan və Gevorkyan həbs edildi

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

11 Sentyabr 2026 - 18:14

İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Elchi.az...

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Next Post
Bədəlyan və Gevorkyan həbs edildi

Bədəlyan və Gevorkyan həbs edildi

Bədəlyan və Gevorkyan həbs edildi

Bədəlyan və Gevorkyan həbs edildi

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.