Rusiyapərəst erməni bloger Mikael Bədəlyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyan ötən gecə Gorus şəhərində saxlanılıblar.
Elchi.az xəbər verir ki, erməni mediası bu barədə məlumat yayıb.
“Onlar hazırda İstintaq Komitəsindədirlər”, – bildirilib.
Onların hansı səbəbdən saxlanıldığı məlum deyil.
***
Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni bloger Mikael Bədəlyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyanın həbs edilməsi barədə məlumat yayıb.