Yasamalda baş verən yanğında aparıcıya da ziyan dəyib

🗓 30.03.2017 11:23 ✍️ "Elçi" qəzeti
Yasamalda baş verən yanğında aparıcıya da ziyan dəyib
Dünən Yeni Yasamalda yerləşən binada baş vermiş yanğında tanınmış teleaparıcı Vüsalə Kərimovanın da evinə güclü ziyan dəyib. Elchi.az bu barədə Milli.Az-a istinadla xəbər verir. “Mənim evim 10-cu, qonşunun evi isə 11-ci mərtəbədədir. 11 mərtəbəli binanın 11-ci mərtəbəsi yanıb. Yanğından evimə də ciddi ziyan dəyib. Bayaq təhqiqatdan gəlib qiymətləndirmə etdilər. Hardasa qiymətləndirmə 7 min manat yazdı. Üç otaq, bir mətbəx, dəhliz, hamam, ayaqyolu baxımsız haldadır. Bir sözlə, evim su içindədir”.

Bənzər yazılar