Kür çayından aşağıda İran televiziya və radiolarının informasiya məkanımızda olduğunu görürük. Dəfələrlə demişəm, bəzi yoldaşlarla görüş zamanı da bu məsələni qaldırmışam. İranın radio və televiziyalarının bizim informasiya məkanına soxulmasının qarşısı alınmalıdır.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Musa Qasımlı bildirib.
O deyib ki, Yardımlının sərhəd kəndlərinə gedəndə mobil telefona “İran İslam Respublikasına xoş gəlmisiniz” mesajı gəlir:
“Bu Azərbaycan qanunlarına ziddir və qarşısı alınmalıdır. Ucqar dağ kəndlərində keyfiyyətli internet təşkil etməlidir. Bunu edə bilməyən, amma lisenziyası olan təşkilatlar sıradan çıxmalıdır”.
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib. Elchi.az...





















Son şərhlər