Kür çayından aşağıda İran televiziya və radiolarının informasiya məkanımızda olduğunu görürük. Dəfələrlə demişəm, bəzi yoldaşlarla görüş zamanı da bu məsələni qaldırmışam. İranın radio və televiziyalarının bizim informasiya məkanına soxulmasının qarşısı alınmalıdır.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Musa Qasımlı bildirib.
O deyib ki, Yardımlının sərhəd kəndlərinə gedəndə mobil telefona “İran İslam Respublikasına xoş gəlmisiniz” mesajı gəlir:
“Bu Azərbaycan qanunlarına ziddir və qarşısı alınmalıdır. Ucqar dağ kəndlərində keyfiyyətli internet təşkil etməlidir. Bunu edə bilməyən, amma lisenziyası olan təşkilatlar sıradan çıxmalıdır”.
AŞPA Kosovonun Avropa Şurasına üzvlüyünü təsdiqləyib
Avropa Şurası Parlament Assambleyasının siyasi komitəsi qismən tanınan Kosovo Respublikasının quruma üzvlüyünü təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə AŞPA-nın...