Yaponiyadan Mərakeşə 3 milyon dollarlıq yardım

78

Yaponiya hökuməti şiddətli zəlzələdən zərər çəkmiş Şimali Afrika ölkəsi Mərakeşə 3 milyon dollarlıq təcili yardım göndərəcək.
Elchi.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Kamikava Yoko qeyri-hökumət təşkilatları vasitəsilə Mərakeşə 3 milyon dollarlıq təcili yardım edəcəklərini açıqlayıb.
Kamikava bildirib ki, sığınacaq və qida Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və Yaponiya təşkilatları vasitəsilə çatdırılacaq.
Yaponiyanın Mərakeş xalqının yanında olacağını qeyd edən Kamikva, humanitar ehtiyacları nəzərə alaraq lazımi yardımı göstərməyə hazır olduqlarını bildirib.

Şayəstə Hüseynova