Yaponiyanın şimalındakı Aomori prefekturasının rəhbərliyi regionda aşkar edilmiş quş qripi alovlanmasından sonra 230 min toyuğun məhv edilməsinə başlayıb.
Elchi.az xəbər verir ki, “Kyodo” xəbər agentliyinin məlumatına görə, ərazidəki 32 quşçuluq fabrikinin ətrafında 10 km radiusda qadağan olunmuş zonalar yaradılıb.
Mütəxəssislər xəstəliyin yayılmasından ehtiyat edirlər ki, bu da ciddi iqtisadi nəticələrə səbəb ola bilər. Belə ki, 2023-cü ildə quş qripi səbəbindən toyuqların kütləvi məhv edilməsi Yaponiyada toyuq yumurtasının qiymətində 1991-ci ildən bəri ən böyük artıma yol açmışdı. Qiymətlər əvvəlki illə müqayisədə 76% bahalaşmışdı ki, bu da istehlak bazarı üçün şok effekti yaratmışdı. Həmin vaxt Tokionun bəzi supermarketlərində hətta yumurta satışına məhdudiyyətlər tətbiq edilmişdi.
Məryəm





















