Yaponiya Tokio metropoliteninin əhalisini 40 milyona yaxın azaltmaq və kənd yerlərində əhalinin sayını artırmaq üçün paytaxtdan bu bölgələrə miqrasiyanı təşviq edir. Tokiodan köçəcək ailələr üçün uşaq dəstəyi 1 milyon yen (7500 dollar) qədər artırılacaq.
Elchi.az xəbər verir ki, Şimalda Saitama, şərqdə Çiba və cənubda Kanaqava ilə Yaponiya əhalisinin 30 faizi ən çox əhalisi olan Tokio Metropolisində (Şutoken) yaşayır.
1970-ci illərdə 20 milyonu, 1990-cı illərdə 30 milyonu, 2010-cu illərdə 35 milyonu keçən rayon əhalisinin bu gün 40 milyona yaxınlaşması hökuməti narahat edir.
Ölkənin “ən az məskunlaşdığı” şimal Hokkaydo bölgəsində hər kvadrat kilometrə 68 nəfər, Tokioda isə kvadrat kilometrə 2600-dən çox insan düşür.
İç Tokionun əhalisi 14 milyon ikən, metropolis olaraq təyin olunan “Şütoken” bölgəsi 40 milyona yaxınlaşan əhalisi ilə dünyanın ən sıx böyük şəhərləri arasındadır.
Ölkə əhalisinin aşağı doğum səviyyəsi nəticəsində qocalması ilə birlikdə kənddən şəhərə miqrasiya marşrutunun dəyişdirilə bilməməsi hökumətin narahatlığını artırır.
Şayəstə