Yaponiyada güclü zəlzələ baş verdi

29

Yaponiyanın cənub-şərqindəki Oqasavara adalarının qərbində 6,1 bal gücündə zəlzələ baş verib.

Elchi.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya İdarəsi bildirib.

Məlumata görə, zəlzələnin ocağı 400 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi barədə xəbərdarlıq elan edilməyib.