Yaponiyada G7 sammiti başa çatıb

136

Yaponiyanın baş naziri Fumio Kişida Xirosima Sülh Parkında keçirilən yekun mətbuat konfransında G7 sammitinin başa çatdığını elan edib. Elchi.az bu barədə Ria Novostiyə istinadən xəbər verir.
Qeyd edək ki, G7 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq qurumdur. Onu da qeyd edək ki, görüş mayın 19-dan 21-dək Xirosima şəhərində keçirilib. Hindistan, Avstraliya, Braziliya, Cənubi Koreya, Vyetnam, İndoneziya, Kuk adaları və Komor adaları da bura dəvət alıblar.

Havar Şəfiyeva