Yaponiya və Çin arasında ‘fövqəladə müdafiə xətti’ istifadəyə verildi

83

Yaponiya hökuməti gözlənilməz vəziyyətlərə qarşı Çinlə “fövqəladə müdafiə xətti”nin işə salındığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Yaponiya ilə Çin arasında “fövqəladə müdafiə xətti” rəsmən istifadəyə verilib.
Çinin müdafiə naziri Li Şanqfu və Yaponiyanın müdafiə naziri Hamada Yasukazu operativ rabitə xətti ilə təxminən 20 dəqiqə danışıq aparıblar.
Səmimi ünsiyyətin davam etdirilməsinin zəruriliyini vurğulayan iki nazir qaynar xəttin gözlənilməz vəziyyətlərə qarşı qarşılıqlı etimadın yaradılmasında mühüm rol oynayacağı barədə razılığa gəliblər.
2022-ci ilin noyabrında Banqkokda görüşən Yaponiyanın baş naziri Kişida Fumio və Çin sədri Si Cinpin müdafiə xəttinin işə salınması ilə bağlı razılığa gəliblər. Sözügedən xətt mart ayında yaradılıb.

Nuranə Məmmədova