Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Elchi.az xəbər verir ki, ölkənin milli meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin episentri Aomori adasının şimal prefekturasından şərqdə, Sakit okeanda, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.
Nuranə Məmmədova