Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

67

Yaponiya 48 Rusiya vətəndaşına və 73 təşkilata yeni sanksiyalar tətbiq edib.

Elchi.az xəbər verir ki, bu barədə fevralın 28-də Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya prezidentinin Dövlət Şurasının departament rəhbəri Aleksandr Xariçev, onun müavini Boris Rapoport, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının bəzi əməkdaşları, habelə Rusiya Müdafiə nazirinin müavini Qoremikina və “Kalaşnikov” konserninin rəhbəri Alan Luşnikov yeni siyahıda yer alıb.

Bundan başqa, Xarici İşlər Nazirliyinə aid 21 təşkilata sanksiya tətbiq edilib. Rusiyanın sənaye bazasının möhkəmlənməsinə töhfə verən məhsullar olaraq, “Rosstandart” və Rusiya Elmlər Akademiyasının bir sıra institutlarının məhsullarının ixracına qadağa qoyulub.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, sanksiyalara aktivlər varsa, onların dondurulması daxildir. Krım, Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojye və Xerson vilayətlərindən olan 9 nəfərə qarşı ayrıca məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Xatırladaq ki, yanvarın 13-də Yaponiya və ABŞ razılaşmışdılar ki, iki ölkə Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və Ukraynanı dəstəkləyəcəklər.

Yeganə