Yaponiya baş naziri Ukraynaya səfər edəcək

38

Yaponiya Baş naziri Fumio Kişida fevralda Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər etməyi düşünür.

Elchi.az xəbər verir ki, bu barədə “Yomiuri” nəşri Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Yaponiya bu il G7-nin rəhbəri kimi Ukraynanı dəstəkləməkdə davam etmək niyyətində olduğunu göstərmək istəyir. Ölkə həmçinin Kiyevlə Rusiyanın təcavüzünü pisləyən birgə bəyanat dərc etmək niyyətindədir.

Lakin Yaponiya XİN-i mətbuatda yayılan məlumatı hələ şərh etməyib.