Yəmənin paytaxtı Sənada izdiham qurbanlarının sayı, ölənlər arasında uşaqlar da daxil olmaqla, 80-ə çatıb. Elchi.az bu barədə RİA Novostiyə istinadən məlumat yayır.
İzdiham aprelin 19-da Sənanın şərqindəki Bab əl-Yaman rayonundakı Əsas Məktəbin paylama mərkəzində baş verib. Bir neçə saat ərzində qurbanların sayı 10-dan 80-ə yüksəldi və agentliyin mənbəsinin dediyi kimi, yaxın gələcəkdə daha da artacaq.
Məlumata görə, 120 nəfər yaralanıb. Onlardan 20-nin vəziyyəti ağırdır. Mənbənin məlumatına görə, yaralılar yaxınlıqdakı əl-Saura ümumi xəstəxanasına və şəhərin digər klinikalarına yerləşdirilib.
Havar Şəfiyeva