Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikası turnesi çərçivəsində Kubaya gəlib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yerli hava limanına eniş fotosunu Rusiya departamentinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram səhifəsində yayımlayıb. Lavrov Havanada kubalı həmkarı Bruno Rodriges Parrilla ilə danışıqlar aparacaq, həmçinin respublika prezidenti Migel Diaz-Kanellə də görüşəcək.
Aprelin 19-da Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Nikaraquaya səfər edib. Bundan əvvəl Lavrov tur çərçivəsində Braziliya və Venesuelaya da səfər edib.
Havar Şəfiyeva