Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, Vaşinqtonda Fransa prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planı barədə konkret məlumat yoxdur. Elchi.az xəbər verir ki, onun sözlərini TASS yayıb.
“Fransa tərəfdən bu barədə heç bir məlumat almamışıq” deyən siyasətçi Amerika administrasiyasının Fransa hakimiyyəti ilə əlaqə saxlamağı və bu məsələni müzakirə etməyi planlaşdırdığını bildirib.
Bundan əvvəl Makronun Rusiya və Ukrayna arasında danışıqlara töhfə verə biləcək bir planla Pekinə müraciət etmək niyyəti məlum olmuşdu. Qeyd olunub ki, Fransa rəhbəri artıq özünün xarici siyasət üzrə müşaviri Emmanuel Bonna Çinin baş diplomatı Van Yi ilə birlikdə Moskva ilə Kiyev arasında gələcək danışıqlar üçün əsas ola biləcək çərçivə proqramı hazırlamağı tapşırıb.
Havar Şəfiyeva