XİN: “Təəssüf ki, ABŞ-ın ATƏT-dəki sədri “blokada” və “humanitar vəziyyət” haqqında yalanlara aldanıb”

56

“Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki sədri “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.

“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?”, – Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.